Şəhid övladı yüksək vəzifəyə təyin olunub

Şəhid övladı yüksək vəzifəyə təyin olunub
Şou-biznes 22

Ölkəmizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə şəhid olmuş Milli Qəhrəman Cavanşir İbrahimovun oğlu Oruc İbrahimov “Azərsun Holdinq”də müşavir vəzifəsinə təyin edilib.

Biznes və marketinq sahəsində zəngin təcrübəyə malik Oruc İbrahimov bundan öncə uzun müddət Korporativ Kommunikasiyalar, Marketinq, eləcə də Biznesin İnkişafı departamentlərinə rəhbərlik edib.

Bank sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışdığı müddətdə bir çox sosialyönümlü dövlət əhəmiyyətli layihələr həyata keçirib. Son 2 ildə ABŞ, Avropa və ölkə daxilində mühüm layihələrdə iştirak edib.

Müxtəlif beynəlxalq təlim və seminarlara qatılıb. Həmçinin uzun zamandır ki, biznes-konsultant kimi fəaliyyət göstərir.

Fərqli bizneslərə konsultantlıq edərək, bu istiqamətdə özünə güvən və müsbət imic formalaşdırıb.

O, “Azərsun Holdinq”də Marketinq, ictimaiyyətlə əlaqələr, sosial layihələr və innovativ həllərin inkişafı sahələrində öz dəstəyini göstərəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər