Şagirdlər məktəbdə təmizlik işçilərinə belə jest etdilər -VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəbinin oğlan şagirdləri bu təhsil müəssisində çalışan təmizlik işçilərinə jest ediblər.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, könüllü qrupun üzvləri 8 Mart - Beynəlxalq Qadınlar Günündə sinifləri, dəhlizləri təmizləyib, pəncərələri silib, səliqə-səhman yaradıblar.
Onlar təmizlik işçilərinə təbriklərini bu şəkildə çatdırıblar.
Həmin görüntülər sosial şəbəkələrdə də sürətlə yayılıb. Çoxsaylı izləyicilər şagirdlərin bu addımını alqışla qarşılayıb.
Məktəbin xadimələri də bu kreativ təbriki çox maraqla qarşıldıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbin oğlan şagirldəri hər il bu addımı təkrarlmaq fikrindədirlər.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...