Sevda Yahyayeva ana oldu - FOTO

Sevda Yahyayeva ana oldu - FOTO
Şou-biznes 1084

Müğənni Sevda Yahyayeva ana olub.

BAKU.WS xəbər verir ki, ötən gecə sənətçinin qızı dünyaya gəlib. Bu barədə Sevda özü məlumat verib. O övladı ilə yeni fotosunu izləyiciləri ilə paylaşıb.

Sevda paylaşımına "Ana olmaq çox gözəl hissdir. Ayla 3 kiloqram çəkidə, 52 santimetr boyunda dünyamıza gəldi. Dünyamızı gözəlləşdirdi. İnşallah, həmişə başımızın tacı olar" sözlərini də əlavə edib.

Xatırladaq ki, müğənni həkim-genetik Zakir Bayramovla evlidir. Cütlük ötən il ailə həyatı qurub.

Sevda Yahyayeva ana oldu - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər