Sevda Ələkbərzadə arıqlayaraq belə oldu (FOTO)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Cəhənnəm Sakinləri” tamaşasının nümayişi keçirilib.
BAKU.WS xəbər verir ki, ADDIM Gənclər Təşkilatının gənclər arasında mədəniyyət ocaqlarına getmə ənənəsini təbliğ etmək məqsədilə Teatra Addımla şüarı adı altında həyata keçirdiyi layihənin bu dəfə ulduz qonağı əməkdar artist Sevda Ələkbərzadə olub.
Tamaşanın nümayişində eləcə də əsərin müəllifi, baş nazirinin müavini , xalq yazıçısı, dramaturq Elçin Əfəndiyev iştirak edib. O gənclər və layihənin iştirakçıları ilə xatirə fotosu çəkdirib. Onlarla bərabər tamaşanı izləyib.
Əməkdar artist Sevda Ələkbərzadə isə tamaşanı sona qədər məmnunəyyətlə izlədiyini və belə layihələri cəmiyyətimiz üçün əhəmiyyətli olduğunu söyləyib.
Qeyd edəkki tamaşada baş rolları Səfa Mirzəhəsənov, Mələk Abbaszadə və Oleq Amirbəyiov ifa edirlər. Tamaşada hadisələr 1937 ci ildə cərəyan edir və dövrün mövcud problemlərini əks etdirir. Tamaşanın rejissoru artıq 30 ildən çox Finlandiyada yaşayıb fəaliyyət göstərən Kamran Şahmərdan, musiqi tərtibatı finlandiyalı bəstəkar Erik Tompinen, tərtibatçı rəssamə isə Tatyana Tarakanovadır.
Tədbirdən olan fotoları oxuculara təqdim edirik:
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Fəxrəddin Manafov 4 illik fasilədən sonra teatra qayıtdı (FOTO)
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri” tamaşasının nümayişi keçirilib. BAKU.WS xəbər verir ki, gecənin ulduz qonağ...