Səudiyyə Ərəbistanında geyim qaydalarını alt-üst edən mükafat gecəsi

Səudiyyə Ərəbistanında geyim qaydalarını alt-üst edən mükafat gecəsi
Şou-biznes 107

Şəriət qanunlarının tətbiq olunduğu Səudiyyə Ərəbistanında keçirilən Joy Riyad Mükafatlandırma Mərasimi qadın qonaqların geyimləri ilə diqqət çəkib. Tədbirdə bir çox qadın dəvətlinin ənənəvi geyim qaydalarından kənara çıxaraq son dərəcə müasir və cəsarətli libaslar seçməsi müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan mərasimə film, musiqi və sənət dünyasından çoxsaylı tanınmış simalar qatılıb. Lavanta rəngli xalçada nümayiş olunan görüntülər sosial şəbəkələrdə geniş rezonans doğurub. Uzun illər sərt geyim qaydaları ilə tanınan ölkədə qadın qonaqların Qərb üslublu, çiyin və bel dekolteli, bədən xətlərini ön plana çıxaran geyimlərə üstünlük verməsi ölkədəki mədəni dəyişimin göstəricisi kimi qiymətləndirilib.

Mütəxəssislər bu cür tədbirlərin Səudiyyə Ərəbistanının "Vizyon 2030" strategiyası çərçivəsində turizm, mədəniyyət və əyləncə sahəsində dünyaya açılma siyasətinin tərkib hissəsi olduğunu bildirirlər. Gecədə hökm sürən azad və müasir atmosferin cəmiyyətdə baş verən sosial transformasiyanı əks etdirdiyi vurğulanır.

Qeyd edək ki, əhalisinin böyük əksəriyyəti müsəlman olan Səudiyyə Ərəbistanında gündəlik həyatda qadınların abaya geyinməsi əsas qayda hesab olunur. Lakin Joy Awards mərasimində bu ənənənin kənarında qalan geyimlərin nümayişi xüsusi diqqət çəkib.

Oxşar xəbərlər

Son xəbərlər