Sərvər Hadisənin konsertində səhnəyə çıxdı: "Hamımızı ağlatdı" - VİDEO

Sərvər Hadisənin konsertində səhnəyə çıxdı: Hamımızı ağlatdı - VİDEO
Video
Şou-biznes 471

Ötən gün Türkiyənin məşhur pop ulduzu Hadisə Açıkgöz Bakıda solo konsert verib.

BAKU.WS-in xəbərinə görə, sonuncu dəfə ötən ilin 10 sentyabrında Bakıda konsert verən sənətçinin səhnəsində maraqlı anlar yaşanıb.

Tədbir zamanı müğənnilər Sevil və Sevinc Səfərovalar səhnəyə çıxıb.

Daha sonra onlar Türkiyədə baş verən güclü zəlzələdə zərərçəkənlərə edilən yardım kampaniyasına qoşularaq yorğan-döşək və digər ləvazimatlar apardığı üçün böyük marağa səbəb olan Sərvər Bəşirlini səhnəyə dəvət ediblər.

"Məncə, yaşadığımız fəlakətdəki rəmzlərdən biri oldu. Hamımızın gözünü doldurdu, ağlatdı. İlk gündən yola çıxdı, yardıma gəldi. Biz birlik olanda çox gözəlik", - deyə Hadise bildirib.

Daha sonra Hadiseyə üzərində zəlzələnin rəmzlərindən birinə çevrilən Sərvərin məşhur fotosu əks olunan tablo hədiyyə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər