Serial çəkmək üçün verilən 11 milyon dollara 5 ədəd "Rolls-Royce" aldı
Yeniliklərdən dərhal xəbərdar olun
"47 Ronin" filmi ilə məşhurlaşan rejissor Karl Rinş etdiyi dələduzluq səbəbindən 30 ay müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS xəbər verir ki, o serial çəkmək adı ilə "Netflix" platformasından 11 milyon dollar alıb. Daha sonra o pulu şəxsi məqsədləri üçün mənimsəyib.
Məhkəməyə təqdim edilən iddianamədə göstərilir ki, Rinş ona ayrılan büdcəni ciddi bir istehsal prosesinə yönəltmək əvəzinə, yüksək riskli fond bazarına və kriptovalyuta yatırımlarına xərcləyib.
Rejissor bununla kifayətlənməyərək, pulların böyük bir hissəsini lüks həyata sərf edib.
İstintaq materiallarına görə, rejissorun lüks alış-verişləri siyahısında bahalı mebellər, brend geyimlər, bir ədəd qırmızı Ferrari və beş ədəd Rolls-Royce avtomobili yer alıb.
Məhkəmə prosesində onun vəkilləri bu addımları ağır psixoloji vəziyyət səbəbindən atdığını iddia ediblər.
Qərar verilməzdən əvvəl, rejissorla "47 Ronin" filmində birlikdə çalışan dünya şöhrətli aktyor Kianu Rivz hakimlə əlaqə saxlayıb.
Məşhur aktyor məktubunda hakimdən keçmiş həmkarı üçün "mərhəmət və güzəşt" tələb edib.
Lakin məhkəmə rejissorun üçün 30 aylıq həbs cəzasını qüvvədə saxlayıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...