Sənətçilər Afaq Bəşirqızına görə birləşdilər: "Cinayət məsuliyyətinə cəlb olunsunlar!"
Yeniliklərdən dərhal xəbərdar olun
Bir sıra sənət adamları birləşərək Afaq Bəşirqızına dəstəyini ifadə edib.
BAKU.WS müraciəti təqdim edir:
Son günlər əfsanəvi aktrisamız, gülüş ustamız, hər zaman xalqının qeydinə qalan, onlara görə haqq səsini ucaldan, maddi və mənəvi cəhətdən sənət aləmində olan insanlara köməyini əsirgəməyən Afaq Bəşirqızına qarşı çox çirkin oyunlar aparılır. Efirdə olduğundan xəbərsiz olan Afaq xanımın səs yazısı, hansı ki, ümumiyyətlə, demək olar ki, çətinliklə eşidilir, bunu bilərəkdən yayıb, onu ləkələməyə çalışırlar. Afaq xanım heç bir zaman tamaşaçıya hörmətsizlik etməyib.
Biz sənət insanları xahiş və tələb edirik ki, illərini, həyatını Azərbaycan incəsənətinə və mədəniyyətinə həsr edən, bu yolda sağlamlığını belə itirən Afaq xanımın şərəf və ləyaqətini tapdalamağa cəhd edənlər cinayət məsuliyyətinə cəlb olunsunlar!!! İmkan verməyək ki, nadanlar xalqımızın dəyərli sənətkarının adına xələl gətirsinlər!!! Afaq xanım, Sizi sevirik!
Tahir İmanovDilarə ƏliyevaOqtay ƏliyevRamiz FətəliyevTünzalə AğayevaƏnvər SadıxovZülfiyyə XanbabayevaMənsum İbrahimovElçin HəşimovElnur ƏhmədovEyyub Yaqubov
Oxşar xəbərlər
Tahir İmanov: "Prezident dedi ki, Murad Səmayə xalanı oynasa mütləq gələrəm"
Cənab Prezident olmasaydı, Mehriban xanım olmasaydı bu gün Azərbaycan mədəniyyətinin inkişafından danışmaq olmazdıƏməkdar artist, "Planet Parni iz Baku" KVN tea...