Səmra Rəhimli onu narahat edən şəxsdən danışdı: "Evimi tapmışdı..."
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Səmra Rəhimli uzun müddət onu narahat edən şəxs barədə ilk dəfə danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə o "Afaqla Onlar" verilişinə qonaq olarkən bildirib.
Sözügedən şəxs onu dayanmadan narahat edirmiş. Müğənni fitnessə, restorana gedəndə onu təqib edirmiş.
Günlərlə evinin önündə yatıb, qonşularını narahat edirmiş. Qışqır-bağır salıb, Səmranı görmək istədiyini deyirmiş
Sənətçi daha sonra həmin şəxslə bağlı tədbir görüldüyünü və məsələnin də bağlandığını deyib:
"Belə bir şey olub. Narahat edilmişəm. Anam polisə şikayət etdi. Daha məni narahat etmir. O məsələdən sonra mən şəkil paylaşanda olduğum yeri işarələmirəm. Çünki harada hansı restoranda əyləşirdimsə o həmin restorana gəlirdi".
Ətraflı videoda:
Oxşar xəbərlər
İki dəfə evlənib-boşandığı aktrisadan danışan Sinan: "Unudulması çətin qadındır"
Məşhur müğənni Sinan Akçıl şəxsi həyatı ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, sənətçi açıqlaması zamanı keçmiş həyat yoldaşı, aktrisa Burcu Kıratlıdan dan...