Seksual analitik seks-turistlərə Azərbaycanı məsləhət gördü (VİDEO)
Rusiyanın "Dojd" telekanalının efirində seksual analitik Arina Xolin seksual turizmdən danışıb.
BAKU.WS-in məlumatına görə, Arina qadınların heç olmasa ildə bir dəfə Qırmızı və ya Aralıq dənizinə getdiyini söyləyir: "Qadınlar yaraşıqlı yad kişini qucaqlamaq üçün, hansısa bir yeni ehtirası sınaqdan keçirmək üçün bu addımı atır. İndi bütün bu qadınları həmin həzlərindən məhrum etdilər. Belə maraqlı sual ortaya çıxır.
Bu kasıb qadınlara indi hara getmək daha sərfəli olar? Avropalılar üçün Keniya çox yaxşı seçimdir. Amma bizdə ora heç bir turizm imkanı yoxdur. Ara yalnız insanlar seks üçün getmirlər. Həmçinin, hansısa bir yerli xüsusiyyətlərlə tanış olmaq üçün bu ölkəyə baş çəkənlər olur.
Əlbəttə, İsrailə getmək daha sadədir: viza yoxdur, hərçənd ora bahalıdır. İldə iki dəfə qadınlar özlərinə istirahət üçün icazə verə bilər. Təl-Əviv istirahət üçün əlverişlidir. Hansısa bir yerli kafeyə gündüz getmək olar. Bu şəhərdə qiymətlər də çox ucuzdur.
Seksual analitik qadınlara Azərbaycan, Gürcüstan, Ermənistan, Asetiya və Abxaziy kimi ölkələrə də üz tutmağı məsləhət görür.
BAKU.WS
Oxşar xəbərlər
İngilis qadınların çoxu lesbiyan olur
İngiltərə alimləri maraqlı araşdırmalar edib. BAKU.WS-in məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, qadınların çoxu qadağan olunmuş şeylərə daha çox...