"Sehrli Anam" filmində Defne Coy Foster sürprizi
Yeniliklərdən dərhal xəbərdar olun
14 il əvvəl dünyasını dəyişən aktrisa Defne Coy Fosterin "Sehrli Anam" filmində süni intellekt vasitəsilə yer alacağı iddia olunub.
BAKU.WS xəbər verir ki, 2003-cü ildən yayımlanmağa başlayan və geniş tamaşaçı kütləsi tərəfindən sevilən "Sehrli Anam" serialı film versiyası ilə geri qayıdır.
2011-ci ildə vəfat edən və serialda "Eda" obrazını canlandıran Fosterin süni intellekt texnologiyası ilə filmə daxil ediləcəyi barədə yayılan məlumatlar sosial şəbəkələrdə gündəm olub. Bundan əvvəl serialın yenidən çəkilən versiyasında aktrisaya edilən istinadlar da izləyiciləri duyğulandırmışdı.
"Sihrli Anam: Hepimiz Biriz" adlanan yeni film layihəsində İnci Türkay, Şahap Sayılgan, Nevra Serezli, Gül Onat, Ayşen İnci, Süeda Çil, Jess Molho, Tiraje Başaran, Damla Ersubaşı, Jennifer Boyner, Gizem Güven və Zeynep Özkaya kimi tanınmış aktyorlar rol alacaq.
Oxşar xəbərlər
Xalq artistinin oğlu Çində Ali təhsil alır
Xalq artisti Miri Yusifin oğlu Çində maliyyə üzrə təhsil alır. BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Qonaqcanlı" verilişində bildirib. O böyük oğlu Mircahi...