Səhnədə müvazinətini itirən Serdar Ortaç: "Necə gözəl yıxıldım?"- VİDEO

Səhnədə müvazinətini itirən Serdar Ortaç: Necə gözəl yıxıldım?- VİDEO
Video
Şou-biznes 201

Məşhur müğənni Serdar Ortaçın başına iş gəlib.

BAKU.WS xəbər verir ki, borcları səbəbindən yeni mahnılar da yazdıra bilməyən ifaçı Türkiyədə konsert verib. Səhnədə sevilən mahnılarını oxuyan Serdar bir anda müvazinətini itirərək yıxılıb. Mühafizəçilərin köməyi ilə yerdən qaldırılan 52 yaşlı sənətçi konsertə davam edib.

Sərdar yıxılan zaman bunları deyib:

"Yıxıldım bacı, nə olacaq ki? İki dəqiqəlik yıxıldım nə olacaq yəni? Amma necə gözəl yıxıldım? Buraxın məni, mən Gülbün Ergenem?"

Daha sonra səs sistemində kiçik nasazlıq yaranıb. Həll edildikdən sonra isə konsert davam edib.

Qeyd edək ki, Serdar Ortaç 8 ildir MS (Multiple Skleroz) xəstəliyindən əziyyət çəkir.

Son xəbərlər