Samirə Əfəndi Azərbaycana dəstək olmayacaq - VİDEO

Samirə Əfəndi Azərbaycana dəstək olmayacaq - VİDEO
Video
Şou-biznes 661

“Avroviziya” iştirakçılarımızdan olan müğənni Samirə Əfəndi bu il Azərbaycanı müsabiqədə təmsil edən həmkarı Nadir Rüstəmliyə dəstək olmayacaq.

BAKU.WS xəbər verir ki, o, bu haqda şəxsi instaqram hesabında məlumat yayıb. Samirə paylaşdığı videoda buna səbəb yarışmanın keçirildiyi İtaliyaya Norveç nümayəndə heyəti tərəfindən dəvət olunmasını göstərib:

“Saysız mesajlar alıram ki, builki iştirakçıya niyə dəstək olmuram. Birincisi, bu il “Avroviziya”ya dəvəti Norveç tərəfindən almışam və öz komandalarına dəstək kimi dəvət ediblər. İkincisi, məni bizim böyüklərimiz dəstəkləmişdi. Başda Aygün Kazımova, Röya Ayxan, Zülfiyyə Xanbabayeva məni dəstəkləmişdi. Bilmirəm, builki iştirakçıya dəstək olacaqlar, ya yox. Onlara yazın, mənə yox. Mənə bu qədər məktub yazmaq lazım deyil. Buna ehtiyac yoxdur. Sizcə, nə qədər doğru olardı ki, Norveçin dəvəti ilə qonaq kimi gəlib digər ölkəni dəstəkləyim?”

Qeyd edək ki, ötən il 65-ci Avroviziya Mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilib. Ölkəmizi təmsil edən Samirə Əfəndi yarışmada “Mata Hari” mahnısı ilə çıxış edib. O, 65 xal qazanaraq 20-ci yerdə qərarlaşıb.

Bu gün isə 66-cı Avroviziya müsabiqəsinin ikinci yarımfinalı İtaliyanın Turin şəhərində baş tutacaq.

Ölkəmizi təmsil edən müğənni Nadir Rüstəmli “Fade To Black” ifasını səsləndirəcək. O, 4 nömrə altında çıxış edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər