Samiraldo yol polisinə salam göndərdiyi üçün qalmaqal oldu - üzr istədi - VİDEO

Samiraldo yol polisinə salam göndərdiyi üçün qalmaqal oldu - üzr istədi - VİDEO
Video
Şou-biznes 4018

Stilist Samiraldo (Samir Əliyev) polisə salam göndərdiyi üçün üzr istəyib.

BAKU.WS xəbər verir ki, stilist bir müddət öncə salam göndərdiyi yol polisi əməkdaşından sonradan üzr istəməli olub:

Samiraldo bu barədə video paylaşıb və vəziyyəti belə izah edib:

“Bildiyiniz kimi, mən tələbat olan insanam, hər gün məclisdəyəm. Hər gün tanımadığım insanlar yanıma gələrək xahiş edirlər, kiməsə salam göndərirəm, video çəkirəm və s. Amma bu yaxınlarda tanımadığım bir insan gəldi, rica etdi ki, Xaçmaz yol polisinin əməkdaşı Elnuru salamlayım. Mənim bütün polislərə həmişə hörmətim olub, çünki daim bizim keşiyimizdə durub, bizi qoruyublar.

Mən bu xahişi böyük məmnuniyyətlə yerinə yetirib, onlara salam göndərdim. Bilsəydim ki, bu qədər söz-söhbət olacaq, heç o salamı göndərməzdim. İnanın ki, mən Elnur adlı polisi heç tanımıram, sadəcə məndən xahiş etdilər, mən də Xaçmaz yol polisini salamladım.

Əgər nəsə problem yaratmışamsa, buna görə üzrxahlıq edirəm. Mən gün ərzində min nəfər insana salam göndərirəm, ona görə də üzr istəyirəm”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər