Samir Cavadzadə: "Yersiz hərəkətlər çox gördüm, sakitcə aralanmışam"

Samir Cavadzadə: Yersiz hərəkətlər çox gördüm, sakitcə aralanmışam
Şou-biznes 192

Müğənni Samir Cavadzadə vaxtilə dostluq etdiyi, indi isə ayrı düşdüyü insanlara status həsr edib.

BAKU.WS onun sosial şəbəkədə yazdığı fikirləri təqdim edir:

“Dost nə deməkdir?! Bir çoxu bunu, həqiqətən, anlamır! Cüzi qədər də pislik etməmişəm, amma nədənsə qarşı tərəfdən mənasız, yersiz hərəkətlər çox gördüm. Mən isə sakitcə aralanmışam.

Bir şeyi dəfələrlə görüb anlayıram ki, heç vaxt pis durumunu adamlara göstərmək olmaz! Mütləq bundan istifadə edib, səni aciz bilib artıq bəyənməyəcəklər və daha da əzməyə çalışacaqlar! Hər kəsə sadiq və əsl dost arzusu ilə”.

Qeyd edək ki, Samir Cavadzadənin yaxın dostlarından biri Röya Ayxan idi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər