Şahzadə Harri və tanınmış simalar "Daily Mail"ə qarşı məhkəməni uduzub
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya şahzadəsi Harri, müğənni Elton Con, aktrisa Elizabet Hörli və digər tanınmış şəxslər "Daily Mail" qəzetinin naşiri Associated Newspapers-a qarşı açdıqları məhkəmə işini uduzublar.
BAKU.WS xəbər verir ki, London Ali Məhkəməsi iddiaçıların onlar haqqında yayımlanan məlumatların qanunsuz yollarla əldə edildiyini sübut edə bilmədiklərinə qərar verərək iddianı rədd edib.
Qərardan sonra iddiaçılar 34,5 milyon funt sterlinq məbləğində hüquqi xərclərin bir hissəsini ödəmək riski ilə üz-üzə qalıblar. Nəşriyyat ilkin olaraq 10 milyon funt sterlinq ödəniş tələb etsə də, iddiaçılar 8 milyon funt sterlinq ödəməyi təklif ediblər. Yekun məbləği məhkəmə müəyyən edəcək.
Məhkəmə işi 2022-ci ildə "Daily Mail" və "Mail on Sunday" qəzetlərinin telefon dinləmələri və digər qanunsuz üsullarla məlumat topladığı iddiası əsasında qaldırılmışdı.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...