Şahzadə Harri məhkəmədə bu qəzetə uduzdu
İngiltərə kral ailəsinin üzvü Şahzadə Harri İngiltərəyə qayıdan gün ağır bir hüquqi zərbə ilə üzləşib.
BAKU.WS xəbər verir ki, onun ingilis mətbuatına qarşı apardığı uzunmüddətli məhkəmə prosesində yekun qərar açıqlanıb.
Məhkəmə, "Daily Mail" qəzetinin naşiri olan "Associated Newspapers Limited" şirkətinə qarşı qaldırılan ittiahmda Şahzadə Harrinin əleyhinə qərar verib.
Məhkəmə heyəti, Harrinin qəzetin onun haqqında qanunsuz yollarla məlumat topladığına dair iddialarını sübuta yetirə bilmədiyinə qərar verərək, onun şəxsi həyatın toxunulmazlığı ilə bağlı açdığı iddianı rədd edib.
Məhkəmə qərarı Harrinin İngilis mətbuatı ilə apardığı mübarizədə ciddi bir uğursuzluq kimi qiymətləndirilib.
Bununla yanaşı, Şahzadənin şəxsi həyatında da gərginliklər davam edir. Bildirilir ki, Bukingem Sarayı əvvəlcə Harriyə kral iqamətgahında qalmağı təklif etsə də, sonradan bu təklifi geri götürüb.
Dövlət tərəfindən mühafizə hüququndan məhrum edilən Harri, təhlükəsizlik riskləri səbəbindən həyat yoldaşı Meğan Markl və uşaqlarını ABŞ-da qoymaq məcburiyyətində qalıb.
İctimaiyyət hazırda Harrinin atası Kral III Çarlz ilə görüşüb-görüşməyəcəyini müzakirə edir.
Qalereya
Oxşar xəbərlər
82 yaşlı Nebahat Çehrənin istirahət fotoları gündəm oldu
Türkiyənin tanınmış kino və televiziya aktrisası Nebahat Çehrə istirahət zamanı paylaşdığı yeni fotolarla diqqət mərkəzinə düşüb. BAKU.WS xəbər verir ki, 82 yaş...