Safura Əlizadə ərinin ad gününü bu fotolarla təbrik etdi

Safura Əlizadə ərinin ad gününü bu fotolarla təbrik etdi
Foto
Şou-biznes 11

Müğənni Safura Əlizadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında həyat yoldaşı Fərhad Əliyevlə fotolarını paylaşaraq onun ad günü olduğu bildirib. Sənətçi şəkillərə xoş sözlər də əlavə edərək həyat yoldaşını yeni yaşı münasibətilə təbrik edib:

"Sevimli həyat yoldaşı və dünyanın ən yaxşı atasını... Hər zaman ailəmizi birinci yerdə tutuduğun və hər anı xüsusi etdiyin üçün sənə təşəkkür edirik. Doğum günün mübarək!".

Paylaşımda Safuranın toy, o cümlədən bu günə qədər əri ilə lentə alınan şəkilləri yer alıb.

Xatırladaq ki, Safura mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün İsgəndər, Aişə və Natiq adlı 3 övladı var.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər