Sabahın hava proqnozu açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 15-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah paytaxt və yarımadada şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 14-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlandı
Aprelin 12-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli H...