Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
Şou-biznes 924

 

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraiti yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, dekabrın 5-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9 dərəcəy isti olacaq.

Azərbaycanın şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 5-i gündüzdən 7-nə qədər Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

BAKU.WS

Oxşar xəbərlər

Bu gün əsl payız havası olacaq

Bu gün əsl payız havası olacaq

Bu gün Azərbaycanda havanın maksimal temperaturu 18 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 22...

6 Şou-biznes 09:00 22 noyabr 2015

Son xəbərlər