Sabahın hava proqnozu
14
apr
2018
13:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata əsasən, aprelin 15-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Günün ikinci yarısında hava əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.Havanın temperaturunun gecə 5-7° isti, gündüz 9-13° isti olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Yağıntı axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturunun gecə 4-8° isti, gündüz 12-15° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış, bəzi yerlərdə qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.Havanın temperaturunun gecə 6-8° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacağı gözlənilir.BAKU.WS
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu açıqlandı
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BA...