Sabahın hava proqnozu
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 18-də Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 35-45% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 18-19-da Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.
Azər Məmmədov
Oxşar xəbərlər
Sabaha olan hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.W...