Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 1529

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə BAKU.WS-ə"Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Noxvanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bazar gününün hava proqnozu açıqlandı

Bazar gününün hava proqnozu açıqlandı

Avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya...

18 Şou-biznes 12:35 06 avqust 2016

Son xəbərlər