Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Şou-biznes 794

 

Noyabrın 20-də  Bakı və Abşeron yarımadasının dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, Səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında isə yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 4-8, gündüz 11-16, dağlarda gecə 1 dərəcə şaxtadan 6 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün əsl payız havası olacaq

Bu gün əsl payız havası olacaq

Bu günə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Bak...

27 Şou-biznes 09:01 15 noyabr 2015

Son xəbərlər