Sabah yaz havası olacaq

Sabah yaz havası olacaq
Şou-biznes 951

Bakı və Abşeron yarımadasında noyabrın 11-də  bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında noyabrın 11-də yağış yağacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Sabah Bakıda 21 dərəcə isti olacaq

Sabah Bakıda 21 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə ve...

977 Şou-biznes 13:15 05 noyabr 2015

Son xəbərlər