Sabahın hava proqnozu açıqlanıb
08
sen
2019
13:03
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.BAKU.WS xəbər verir ki, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq.Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcək.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti təşkil edəcək.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər saatlarında duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti təşkil edəcək.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.Səhər saatlarında duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər dağlarda duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-18° isti təşkil edəcək.
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanda sentyabrın ikisinə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə...