Sabaha olan hava proqnozu: yağış yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-16 , gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 civə sütununa qalxacaq, nisbi rütubət gecə 75-85, gündüz 50-60- faiz təşkil edəcək.
Azərbaycana gəlincə, mayın 16-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Bayramın hava proqnozu
Bayram günlərində Azərbaycanda hava yağıntılı keçəcək, bəzi yerlərdə isə qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata gör...