Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 5

 

İyulun 25-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb  küləyi əsəcək.

 

ETSN-dən BAKU.WS-ə verilən məlumata görə, havanın temperaturunun gecə  20-24° isti, gündüz  30-35° isti olacağı gözlənilir.

Bakıda gecə  20-24° isti, gündüz  30-35° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 758 mm civə sütunundan 753 mm civə sütununa  enəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  26-27°,

Türkan, Hövsan, Sahil, Şıxda  27-28° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 27-dək Abşeron yarımadasında arabir güclənən davamlı xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə  20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

İyulun 24-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə...

6 Şou-biznes 12:43 23 iyul 2017

Son xəbərlər