Sabaha olan hava proqnozu açıqlandı
Aprelin 8-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən bildirilib.
Gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 15-20 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, ETSN xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 9-u axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-7 dərəcə aşağı enəcək.
BAKU.WS
Oxşar xəbərlər
Bayram günlərinin hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS Ekologiya və Təbii Sər...