Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
Şou-biznes 4

 

Aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə -8-11, gündüz 15-20 dərəcə, Bakıda gecə 9-11, gündüz 18-20 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 civə sütunu, nisbi rütubəti gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 18-də əksər rayonlarda əsasən yağmursuz, səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah bir yağış yağacaq ki...

Sabah bir yağış yağacaq ki...

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən m...

2 Sosial 13:01 10 aprel 2016

Son xəbərlər