Sabah soyuq olacaq, yağış yağacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Sabah Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13, gündüz 14-16 dərəcə isti olacaq.
Bölgələrdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-14, gündüz 14-18, dağlıq ərazilərdə gecə 2-5, gündüz 5-10 dərəcə isti olacaq.
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər N...