Sabah əsl gəzməli hava olacaq

Sabah əsl gəzməli hava olacaq
Şou-biznes 930

 

Həftənin şənbə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 19-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Gündüz mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 14-18, Bakıda gecə 4-6, gündüz 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Həftənin cümə günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən...

2 Şou-biznes 13:18 17 mart 2016

Son xəbərlər