Sabah güclü külək olacaq, yağış yağacaq

Sabah güclü külək olacaq, yağış yağacaq
Şou-biznes 491
 

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludluolacağı, arabir tutulacağı, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 14-16, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 13-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə veri...

8 Şou-biznes 13:55 10 oktyabr 2015

Son xəbərlər