Sabah Bakıda 30 dərəcə isti olacaq

Sabah Bakıda 30 dərəcə isti olacaq
Şou-biznes 1130

İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti  əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən...

12 Şou-biznes 12:18 29 may 2017

Son xəbərlər