Sabah 4° şaxta olacaq, qar yağacaq, yolları buz bağlayacaq (XƏBƏRDARLIQ)
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 22-si gündüzdən 23-ü gündüzədək Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, fasilələrlə qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, havanın minimal temperaturu 23-24-də 0-4° şaxta təşkil edəcək. Şəhər ətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.
Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti noyabrın 24-dək davam edəcək. Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidromete...