Sabah 23 dərəcə isti olacaq

Sabah 23 dərəcə isti olacaq
Şou-biznes 770

 

Bakıda və Abşeron yarımadasında martın 26-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah gecə yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda isə gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çağacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23 dərəcə isti, dağlarda isə gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı

Bakıda və Abşeron yarımadasında martın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Tə...

24 Şou-biznes 12:49 24 mart 2016

Son xəbərlər