Rusiya vətəndaşı olan Jerar Depardye müharibəyə qarşı çıxdı: "Rusiya xalqı məsuliyyət daşımır"

Rusiya vətəndaşı olan Jerar Depardye müharibəyə qarşı çıxdı: Rusiya xalqı məsuliyyət daşımır
Şou-biznes 66

Məşhur aktyor Jerar Depardye Rusiya-Ukrayna müharibəsindən danışan zaman Rusiya prezidenti Vladimir Putinin əleyhinə çıxış edib.

BAKU.WS xəbər verir ki, o, "Rusiya xalqı Vladimir Putin kimi liderlərinin çılğın, qəbuledilməz insidentlərinə görə məsuliyyət daşımır" sözləri ilə Rusiya dövlət başçısına kəskin etiraz edib.

Bu haqda fransanın "AFP" informasiya və xəbər agentliyi məlumat yayıb.

Xatırladaq ki, Depardye 2013-cü ildə Rusiya vətəndaşlığı alıb.

Maraqlıdır ki, bir neçə il əvvəl aktyor rusiyalı və fransız jurnalistlərə müsahibəsində Putinin xoşuna gəldiyini və rusiyalıların öz prezidentini çox sevdiyini demişdi.

Son xəbərlər