Məşhurlar qadın həbsxanasında oxuyub, göz yaşı tökdülər (VİDEO)
Xəzər TV-də yayımlanan "Evdəkilərə salam" verlişi bu dəfə yolunu qadınların 4 saylı cəza çəkmə müəssəsindən salıb. Xanım məhbusları "8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə təbrik edib, hal-əhvallarına sevinc bəxş etmək üçün onlara xoş sürpriz edilib.
BAKU.WS xəbər verir ki, sözügedən cəza çəkmə müəssəsində konsert proqramı təşkil olunub.
Məşhur müğənnilər Şəbnəm Tovuzlu, Sahib İbrahimov, İzzət Bağırov sevilən mahnılarını səsləndiriblər. Onların ifa etdikləri mahnılarını cəzaçəkən xanımlar birlikdə ifa ediblər. Sahiblə Şəbnəmin ana haqqında oxuduqları mahnı isə hər kəsi göz yaşına boğub.
Məhbus qadınların az da olsa acılarına məlhəm çəkmək üçün incəsənət nümayəndələri əllərindən gələni əsirgəməyiblər.
"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibəti ilə 4 saylı qadın cəzaçəkmə müəssəsində təşkil olunan tədbirdən hazırlanan verlişi sizə təqdim edirik:Rəşad ƏliyevBAKU.WSOxşar xəbərlər
Yol polisləri bu dəfə qadın sürücüləri başqa məqsədlə saxladı (FOTO)
Mingəçevirdə 8 Mart Beynəlxalq qadınlar bayramı münasibəti ilə yol polisləri maraqlı reyd keçirib.Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Yo...