Rəqs edən italyalı milyonçu: "Qadın ürəyimdən keçən hər şeyi etməyimə mane olmamalıdır" (FOTO/VİDEO)

Rəqs edən italyalı milyonçu: Qadın ürəyimdən keçən hər şeyi etməyimə mane olmamalıdır (FOTO/VİDEO)
Video
Şou-biznes 3696

Son günlərdə "İnstagram"ın yeni ulduzu 49 yaşlı italyalı milyarder Canluka Vakkidir.

BAKU.WS xəbər verir ki, bu yaraşıqlı milyonçu istifadəçisi olduğu sosial şəbəkədə paylaşdığı video və fotolarında, əhatəsində olan cavan gözəlçələri, dünyanın ən möhtəşəm kurortlarındakı istirahətini, fitnes-məşqlərini, möhtəşəm rəqs etmək özəlliyini, şəxsi təyyarəsini, bir sözlə, təmtəraqlı həyatını, yaşamını göstərir.

Son günlər bu milyarderə olan marağı nəzərə alaraq, Rusiya mətbuatına verdiyi müsahibəsini oxucularımıza tədim edirik:

-Belə gözəl rəsq etməyi harada öyrənmisiniz?

-Mən bunun üçün məktəb keçməmişəm. Yaxşı ritm tutmaq qabiliyyətim var. Zamanımın çox hissəsini idmana sərf edirəm. Elə ona görə də yaxşı koordinasiyam var. Hər şey çox sadədir - ritmi hiss et və oyna.

-Maraqlıdır, arvadınız Corcia Qabriella ilə necə tanış olmusunuz?

-Bir dəfə dostlarımı evimə şam yeməyinə dəvət etdim. Corcia da öz sevgilisi ilə gəlmişdi. Onun sevgilisi də dəvətlilər arasında idi. Ona baxan kimi anladım ki, Corcia mənim qadınım olacaq.

-O, nə işlə məşğuldur?

-Xanımım geyim üzrə dizaynerdir. Onun öz "Wandering" adlı markası var. 

-Sizcə, əsl ideal xanım hansı keyfiyyətlərə malik olmalıdır?

-İlk növbədə qadın mənim azadlıq hüququma hörmətlə yanaşmalıdır. Ürəyimdən keçən hər şeyi etməyimə mane olmamalıdır. Yeri gəlmişkən, bunlar hər iki tərəf üçün keçərlidir. Bir sözlə, cütlüklər arasında qarşılıqlı hörmət olmalıdır. Corcia bunu o dəqiqə başa düşdü və bunu qəbul etdi. Onun da digərlərindən fərqi məhz bu anlayışı göstərməsindədir. Mən onunla hər şeyimi paylaşıram. Bunu məcburiyyətdən və ya ərlik borcumdan irəli gəldiyi üçün deyil, ürəyim istədiyindən edirəm.

-Necə olur ki, belə təmtəraqlı həyat tərzi keçirdiyiniz halda, eyni zamanda da formada qalmağı bacarırsınız?

-Hər şey çox sadədir: şən həyat tərzi keçirməyə çalışıram. Gün ərzində bir neçə qədəh təmiz araq içə bilərəm. Günün qalan saatlarında yalnız çoxlu su içirəm. Bir də idmanla məşğul oluram.

-İdmana nə qədər zaman ayırırsınız?

-İdmanla hər gün məşğul oluram. Həftənin 7 günü, ən az yarım saat idman edirəm. Avqustun 5-də 49-yaşım olacaq. Mənim yaşımda ancaq bir çıxış yolu var, sağlam qidalanmaq və idmanla məşğul olmaq.

-Nəyə görə, hər zaman əyninizdə ancaq qısa şort olur?

-Köhnə adətimdir, artıq bu məndə vərdiş halını alıb. Mənim başqa vərdişim də var. Uzun illərdir ki, sol ayağıma "Hermes"dən aksessuar taxıram. Bundan başqa, geyindiyim şort və ya cins şalvarların sol ayağını yuxarı doğru qatlayıram. Bunu bir tək kostyum geyinəndə etmirəm.

-Oxucularımıza nə məsləhət görərdiniz?

-Sadə bir məsləhətim var: sizə yalnız bir həyat verilir. Ona görə də həyatı öz ürəyiniz istəyən kimi yaşayın. Başqalarının haqqınızda nə düşünəcəyinə qətiyyən əhəmiyyət verməyin. Bax elə bu dəqiqədən öz istədiyiniz kimi yaşayın, bunu sabaha ertələməyin. Həyatdan zövq alın və unutmayın, bu dünyda var olan ən yaxşı elə siz özünüzsünüz. Həyatdan zövq alın dostlarım.

BAKU.WS 

Son xəbərlər