Röya Ayxan "Nuş olsun"u təqdim etdi
Xalq artisti Röya Ayxan yeni klipini tamaşaçıların ixtiyarına verib.
BAKU.WS xəbər verir ki, müğənninin fərqli tərzi ilə təqdim etdiyi yeni mahnı "Nuş olsun" adlanır.
Layihə həm musiqi, həm də vizual baxımdan yüksək səviyyədə hazırlanıb. Bəstənin söz müəllifi tanınmış şair Altay Yaşar, musiqi müəllifi isə istedadlı bəstəkar Fərid Kərimlidir.
Klipin rejissoru peşəkar ekran işləri ilə seçilən Cəlal Kəngərli, prodüseri isə Kənan Bayramovdur.
Röya Ayxanın səhnə obrazı üzərində isə ölkənin aparıcı stilistlərindən biri, Elnur Həsənov çalışıb.
"Nuş olsun" klipi artıq müxtəlif rəqəmsal platformalarda yayımlanıb və ilk gündən etibarən izləyicilər tərəfindən böyük maraqla qarşılanır.
Qalereya
Oxşar xəbərlər
"Zita və Gita"nın aktyoru 90 yaşında vəfat etdi
Bollivud ulduzu Dharmendra Deol 90 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, o noyabrın 11-i nəfəs darlığı səbəbilə xəstəxanaya yerləşdirilib. Aktyor bu gün h...