Röya Ayxan İstanbul metrolarında klip çəkdirdi
Pop kraliça Röya Ayxan "DOL" adlı yeni mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, mahnının sözləri OGB-yə, musiqisi isə Kazım Cana məxsusdur.
Fərqli üslubu əks etdirən bu mahnı rəngarəng klipi ilə də diqqət çəkib.
Mahnıya çəkilən klip İstanbulun metro stansiyalarında lentə alınıb. Klipin rejissorları Türkiyədə məşhur olan Samet Eruzun və Ümit Şahindir. Onlar əvvəllər Simge, KÖFN, Emre Fel və digər məşhur sənətçilərin kliplərinə imza atıblar.
Klipdə Röya iki fərqli və qeyri-adi geyimdə görünür və onu iki rəqqas müşayiət edir. Görüntülər metro stansiyalarının unikal atmosferində çəkilib, dinamik və cəlbedici səhnələrlə doludur.
Oxşar xəbərlər
Qonaqlığa gedən Cennifer Lopezlə qızının sadə geyimi müzakirələrə səbəb oldu
Müğənni Cennifer Lopez qızı Emme Muniz ilə Los Ancelesdə paparazzilərə tuş gəlib. BAKU.WS xəbər verir ki, o övladı ilə ad günü qonaqlıqlarından birinə gedərkən...