Röya Ayxan bu aktyorla "Ayrılan adamlar"a çəkildi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan dinləyicilərinə növbəti musiqi hədiyyəsini təqdim edib.
BAKU.WS xəbər verir ki, sənətçi "Ayrılan adamlar" adlı yeni klipini izləyicilərin ixtiyarına verib.
Mahnının sözləri və musiqisi tanınmış bəstəkar Murad Arifə, aranjimanı isə Samir Şirinova məxsusdur. Klipin çəkilişləri Lənkəranın füsunkar təbiətində baş tutub.
Ekran işinin rejissoru Roman Yaşardır. Klipdə Röya Ayxanın tərəf müqabili kimi aktyor Türkay Cəfərli yer alıb.
Qeyd edək ki, sənətçi bu mahnını ilk dəfə 25 illik yaradıcılıq yubileyi münasibətilə keçirilən möhtəşəm konsertində səsləndirib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...