Röya Ayxan 2025-ci ildə "Boş bəhanələr" təqdim etdi
Xalq artisti Röya Ayxan 2025-ci ildə ilk mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, müğənninin "Boş bəhanələr" adlanan yeni mahnısının sözləri və musiqisi Arif Neymətova və Əli Türkoğluya aiddir.
Klip İstanbulda, Türkiyənin ən məşhur rejissoru Halil Güzel tərəfindən ekranlaşdırılıb. Sevgi balladalarının ən gözəl ifaçılarından olan Röya Ayxan "Boş bəhanələr"i də məharətlə ifa edərək mahnıya öz möhürünü vurub.
Qəmli sevgi hekayəsi üzərində qurulan mahnının ekran işi sadə süjet xəttinə malikdir.
Pop kraliça mahnının klip formasında ərsəyə gəlməsi üçün dörd obrazda kamera qarşısına keçib. Müğənninin mahnın motivinə uyğun canlandırdığı obrazlarda seçdiyi geyimlər klipə xüsusi ahəng qatıb. Mahnı bütün musiqi platformalarında, klip isə Xalq artistinin rəsmi "YouTube" hesabına yerləşdirilib.
Artıq müğənninin yutub səhifəsində yerləşdirilən mahnısı çoxsaylı dinləyici rəğbəti qazanıb. Dinləyicilər müğənninin yeni mahnısını çox bəyəndiklərini, onu klassik musiqilərin mahir ifaçısı adlandırıblar. Mahnını ilin ilk hiti adlandıranlar da olub.
Oxşar xəbərlər
Pərvin Abıyevadan CAZİBƏDAR FOTOSESSİYA
Aktrisa Pərvin Abıyeva yeni fotosessiyası ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o kamera qarşısına keçərək yeni şəkillər çəkdirib. Abıyevanın bu dəfəki fot...