Röya Ayxan 20 ildən sonra "Səninəm"ə yeni nəfəs verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Röya Ayxan 20 il əvvəl repertuarına daxil etdiyi "Səninəm" mahnısını bu dəfə akustik versiyada təqdim edib.
BAKU.WS xəbər verir ki, kompozisiyanın sözləri İsmayıl Dadaşova, musiqisi isə Hüseyn Abdullayevə aiddir.
Bəstə maestro Sezgin Tellaloğlunun musiqi rəhbəri olduğu orkestrin müşayiəti ilə yenidən səsləndirilib.
Akustik aranjimanda təqdim olunan "Səninəm" mahnısı canlı instrumental ifalarla müşayiət olunub.
Layihədə ümumilikdə 13 musiqiçi iştirak edib. Yeni versiyaya Türkiyədə videoçarx da çəkilib.
Klipin rejissoru tanınmış sənət adamı Kemal Başbuğdur.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...