Rihanna bu səbəbdən ABŞ-ni tərk edəcək
Müğənni Rihanna Los-Ancelesdəki evinə hücum edildikdən sonra ABŞ-ni tərk etməyi planlaşdırır.
BAKU.WS "Daily Mail"ə istinadən xəbər verir ki, sənətçinin yeni ünvanı London olacaq.
Müğənniyə yaxın bir mənbə bildirib ki, Rihanna evinə atəş açıldıqdan sonra uşaqları ilə birlikdə təxliyə olunub və hələ də hadisənin şokundan çıxa bilmir.
Hazırda Rihanna hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir və yaşamaq üçün yeni bir yer tapmağı düşünür.
Hücumlardan qorxduğu üçün o ailəsini Londona köçürməyi planlaşdırır. Sənətçinin Londondan bir mənzili var.
Xatırladaq ki, martın 9-da maşında oturan bir qadın müğənninin evinə atəş açaraq binanın divarına dəyib. Hadisə baş verən zaman müğənni evdə olub.
Bu barədə "NBC News" məlumat yayıb.
Oxşar xəbərlər
Dünya məşhurlarının qəribə fobiyaları – məşhur adların qorxuları açıqlanıb
Dünya şöhrətli aktyorlar, müğənnilər milyonlarla insan qarşısında çıxış etsələr də, onların da bəzən olduqca qəribə qorxuları, fobiyaları olur. Xarici mediada d...