Reza Deqati Xocavənddəki məzarlıqlardan görüntülər paylaşdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Dünyaca məşhur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı paylaşım edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, fotoqraf bu haqda “Instagram” hesabında yazıb:
“Azərbaycan - Qarabağ. Edilli kəndində 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 12 nəfərin kütləvi məzarlığı aşkar edilib.
4 200 azərbaycanlı itkin düşüb və Ermənistan onların başına gələnlərlə bağlı heç bir məlumat vermir. Bu, 1992-ci ildən 2020-ci ilə qədər ermənilərin yaşadığı bu kənddə tapılan üçüncü kütləvi məzarlıqdır”.
Oxşar xəbərlər
54 gün erməni mühasirəsində qalmış 19 nəfərin izi ilə… - VİDEO - REPORTAJ
Araz axar lil ilə, Dəstə-dəstə gül ilə, Mən yarımı sevirəm Şirin-şirin dil ilə. Ay Laçın, can Laçın, Mən sənə qurban Laçın... Bu xalq mahnısını sakitcə, öz-özüm...