Rəqsanə İsmayılova: "6 aylıq övladımı itirdim" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Rəqsanə İsmayılova şəxsi həyatı ilə bağlı gündəmə gəlib.
BAKU.WS xəbər verir ki, “Atv maqazin onlarla” verilişinin “33 sual” rubrikasına qonaq olan sənətçi övladını itirdiyini deyib. Buna görə depressiyaya düşən sənətçi ağır günlər yaşadığını bildirib:
“Söz vermişdim, mən artıq kamera qarşısında ağlamayacağam. Lakin elə məqamlar var ki, onlar yada düşəndə ağlamamaq mümkün deyil. Allah sevdiyi hər bir bəndəsini sınağa çəkir.
Amma mən daha çox sınağa çəkilmişəm. Bu xoşbəxt anlarımda belə iki ağır sınaq yaşamışam. Bir müddət əvvəl 6 aylıq övladımı itirdim.
Həmin vaxt çox çətinliklər yaşadım, 3 ay depressiyaya düşdüm. Hamilə qadın idim, xəstəxanadan qayıdanda isə artıq adi insan idim.
Buna görə də depressiyadan çıxa bilmirdim. Elə bilirəm, övladım hələ də o xəstəxanada yaşayır”.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...