Rəqsanə əri ilə videosunu yayıb ər "oğrularına" söz atdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada yaşayan azərbaycanlı müğənni Rəqsanə İsmayılova bəzi həmkarlarına söz atıb.
BAKU.WS-in məlumatına görə, həyat yoldaşı ilə birlikdə mətbəxə girib yemək hazırlayan ifaçı görüntülərini "İnstagram" hesabında paylaşıb. Görüntüləri isə belə şərh edib.
"Axşamınız xeyir, mənim əzizlərim. Atalar yaxşı deyib - ər ilə arvadın xəmiri bir yerdə yoğurulub. Əzizlərim, bəzən qadınlar başqalarının bədbəxtliyinə razı olub özünə xoşbəxtlik qurmağa çalışır. Amma olmaz, etməyin, günahdır. Qadının göz yaşı olan yerdə xoşbəxt olmaq olmaz. Başqasının olan başqasınındır. Gec-tez gedəcək, bunun üçün dəyməz. Nəyiniz varsa, özünüzün olsun. Kiminsə ərindən ər olmaz. Allah elə o əri öz ailəsi ilə xoşbəxt etsin. Bütün qadınlar xoşbəxt olmağa layiqdir".
R.İsmayılova bildirib ki, bir yuvanı qurmaq çətin, dağıtmaq isə çox asandır. "Bu arada indi dəb halına minib, ər başqasının ola-ola çıxıb elə həyat yoldaşım deyirlər. Bəsdirin, yığışdırın sən Allah".
Oxşar xəbərlər
Mələk Heydərova: "Onları efirdə xoruz kimi döyüşdürürlər" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı Mələk Heydərovadır.- Özünüzü necə təqdim edərdiniz?- Təzə-təzə tanınmağa başlayanlar deyə bilər ki, aparıcı, aktrisa. Mənə...