Rəhim Rəhimli dələduzluqla üzləşib

Rəhim Rəhimli dələduzluqla üzləşib
Şou-biznes 280

Müğənni Rəhim Rəhimli dələduzların qurbanı olub.

BAKU.WS xəbər verir ki, “Mtv” kanalına müsahibə verən sənətçi pul ödəyib ev aldığını, lakin hələ də mənzilin ona təhvil verilmədiyini bildirib:

“Dələduzluqla qarşılaşdım. Evi vermək bir kənara, pulumu da qaytarmadılar. Əlimdə səs yazıları, mesajlar var idi. Onları məhkəməyə verdim.

Hakim xeyrimə qərar verdi. Sonra Bakı Apellyasiya Məhkəməsinə də müraciət etdim. Ortada nə pul var, nə də ev”.

Qeyd edək ki, Rəhim sonuncu dəfə həmkarı Roza Zərgərli ilə aralarında yaşanan qalmaqalla gündəmə gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər