Ərəb şeyxinin Zeynəbə sürprizləri: Atasına "Porsche", özünə 300 minlik qolbaq
Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib.
AZXEBER.COM Zeynəb ilə bağlı yeni təfərrüatlar əldə edib.
Gimnastın adının açıqlanmasını istəməyən qohumlarından biri deyib ki, Zeynəb kasıb bir ailənin yeganə övladı olub. Gimnastika ilə məşğul olan xanım idmançı özünə idman zalı açmaq istəsə də, imkanı olmadığı üçün bu arzusunu reallaşdıra bilməyib.
Sosial vəziyyəti yaxşı olmayan gimnast çalışmaq üçün Qəbələyə üz tutub. Zeynəb orada nazir oğluna məxsus olan ofislərin birində öz peşəsinə tamam yad olan sahədə işləməyə başlayıb.
Zeynəb ərəb şeyxi ilə də məhz burada tanış olub. Belə ki, ov üçün Qəbələyə gələn əmir Məhəmməd Zeynəblə tanış olub. Bir müddət internet üzərindən danışan cütlük sonda bir-birinə aşiq olublar və şeyx Zeynəbə evlənmək təklifi edib. Zeynəb də ona "hə" deyib.
Mənbənin dediyinə görə, Zeynəb ailə qurduqdan sonra atasına sürprizlər edib. Belə ki, atasına bahalı maşın salonlarının birindən zəng etdirərək ora çağıran qız atasına ən son model "Porshe" maşın hədiyyə edib.
Ərəb Şeyxinin Zeynəb və ailəsinə hədiyyələri bununla da kifayətlənmir. O Zeynəbə toyunda 300 minlik qızıl qolbaq da hədiyyə edib.
Qeyd edək ki, azərbaycanlı idmançı ərəb şeyxi ilə ailə qurub. Zeynəb şeyxin 3-cü arvadıdır. Ərəb şeyxi ilə ailə quran Zeynəbin bir qızı da dünyaya gəlib. Bu xəbəri ilk olaraq "Qafqazinfo" saytı özəl mənbələrə istinadən yayıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı gimnastla evlənən ərəb milyarderin ikinci arvadı azərbaycanlı ofisant çıxdı (FOTO)
Azərbaycanın tanınmış bədii gimnastı Zeynəb Cavadlı ilə evlənən Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktum haqqında yeni...